Şabranda və İsmayıllıda yanğın söndürülüb
Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş tədbirlər sayəsində Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.
FHN-dən APA TV-yə verilən məlumata görə, yanğın nəticəsində təxminən 3 hektar sahədə əsasən kol-kos və qurumuş ağaclar yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə edilib.
Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları iştirak edib.
Həmçinin, İsmayıllı rayonunun Şəbiyan kəndi yaxınlığındakı dağlıq-qayalıq ərazidə baş vermiş yanğın da qısa müddətdə söndürülüb. Yanğın nəticəsində təxminən 8 hektar sahədə kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə edilib. Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)