Şabranın Kirvar kəndində meşə massivində yanğın başlayıb
Şabran rayonu ərazisində meşə massivində daha bir yanğın qeydə alınıb. Şabran Fövqəladə Hallar Komissiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun Kirvar kəndi istiqamətində meşə massivində yeni yanğın baş verib. Kənd yanğından mühafizə olunub. Meşə massivində davam edən yanğının söndürülməsi üçün zəruri işlər davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı