Şamaxı, İsmayıllı və Qəbələ sakinləri yardım məntəqələrinə axın edirlər
Şamaxı, İsmayıllı və Qəbələ sakinləri iki gündür Türkiyədə zəlzələdən zərərçəkənlərə kömək etmək üçün yardım məntəqələrinə axın edirlər.
Dünəndən başlayaraq 3 rayonun sakinləri yardım kampaniyasına qoşulublar. Yardım aksiyasında yerli sakinlər, iş adamları, müəssisələr, idarələr aktiv şəkildə iştirak edirlər.
Toplanan isti geyimlər, əlcəklər, corablar, yataq dəstləri, quru ərzaqlar, təmizləyici vasitələri təyin olunmuş məntəqədə bağlamalara yığılır.
Yardımlar toplanıldıqdan sonra yük avtomobillərinə yığılır. Qeyd edək ki, 10-dan artıq avtomobil Bakıya göndərilib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib