Sabunçuda tikinti materialları bazarında baş verən yanğın söndürülüb
Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində tikinti materialları bazarında yanğın baş verib.
APA TV-nin xəbərinə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğının ərazidəki velosiped satışı ilə məşğul olan mağazadan başladığı bildirilir.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov yanğının 5000 kvadratmetrlik ərazinin 400 kavadratmetrini əhatə etdiyini bildirib.
Bazarda baş verən yanğın söndürülüb.
Hazırda FHN əməkdaşları tərəfindən ərazidə konstruksiyaların soyudulması prosesi həyata keçirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi