Toyda yanaşı oturmaq üstündə qohumunu öldürdü

# 14:16
17 oktyabr 2022

Beyləqanda qohumu tərəfindən vurulan şəxs xəstəxanada ölüb.

 

Rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 16-da 1994-cü il təvəllüdlü Rahib Abbaslının aldığı xəsarətdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.

 

Araşdırmalarla zərərçəkmişin qohumu, 1991-ci il təvəllüdlü Nicat Əsədovun həmin gün küçədə daş parçası ilə Rahib Abbaslının baş nahiyəsinə xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanıb.

 

Nicat Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq hərəkətləri davam etdirilir.

 

APA TV "Qafqazinfo"ya istinadən xəbər verir ki, qohumlar arasındakı dava toyda yanaşı oturmaq üstündə baş verib. Belə ki, hər iki şəxs spirtli içki qəbul edib. Toyda biri digərinin yanında oturmadığına görə mübahisə yaranıb. Rahib bundan sonra bıçaq çıxararaq N.Əsədova xəsarət yetirib. Ardınca sonuncu R.Abbaslının başından daşla vurub. Sonra hər iki şəxs evə gedib. Evdə Rahib Abbaslının halı pisləşib. Daha sonra o xəstəxanaya aparılıb və orada vəfat edib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR