SEBA İctimai Birliyi xeyriyyə aksiyası keçirib
SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına dəstək olaraq xeyriyyə aksiyası təşkil edib.
APA TV-nin məlumata görə, xeyriyyə aksiyası aprelin 17 və 18-də Masazır qəsəbəsində yerləşən “Məzun evi”ndə təşkil olunub.
Aksiyada xüsusi qayğıya ehtiyacı olan 356 ailəyə müxtəlif ərzaq məhsullarından ibarət yardım paylanılıb.
Aksiyadan ümumilikdə 800-dək əlil, xəstə, valideyn himayəsindən məhrum olmuş şəxs yararlanıb.
Qeyd edək ki, çoxmərtəbəli 3 binadan, 365 mənzildən ibarət “Məzun evi” Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə valideyn himayəsindən məhrum gənclər və əlillər üçün inşa edilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi