Şəhid həkimlərimizə aid film nümayiş olunub

# 22:35
5 noyabr 2021

Zəfər gününə həsr olunmuş “Zəfər fədailəri; şəhid həkimlərimiz” adlı tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin Səhiyyə Komitəsinin üzvləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmiləri, Müdafiə Nazirliyi Baş Tibb İdarəsinin və “YAŞAT” fondunun əməkdaşları, şəhid həkimlərimizin ailə üzvləri iştirak ediblər.

 

Tədbir çərçivəsində 44 günlük Vətən Müharibəsində Azərbaycan həkiminin qəhrəmanlıq yolu xatırlanıb, şəhid həkimlərimizin ailə üzvləri Zəfər fədailəri haqqında xatirələrini bölüşüblər.

 

Mərasimdə Medical Media Səhiyyə Kanalının qısametrajlı bədii anım filmi nümayiş olunub.

 

Qeyd edək ki, film şəhid həkimlərimizin xatirəsinə həsr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR