Şəhid olan hərbçimiz dəfn edildi

# 18:38
12 yanvar 2022

Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan hərbçimiz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ayaz Nəzərovla vida mərasimi keçirilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, vida mərasimində şəhidin ailə üzvləri, hərbçilər, rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz Rayon Şöbəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının və ictimaiyyət nümayəndələri iştirak edib.

Daha sonra şəhidin nəşi yaylım atəşinin sədaları altında Bozalqanlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Onun tabutuna bükülmüş üç rəngli dövlət bayrağı qardaşına  verilib.

Qeyd edək ki, şəhid hərbçimiz 1998-ci ilin 16 İyun tarixində Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Tovuz Dövlət Sosial-iqtisadi kollecinin məzunu olub.

Fuad Nazimoğlu, Mehdi Məmmədov APA TV, Tovuz

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR