Şəhid Vüsal Məmmədovun xatirəsi anılıb

# 17:57
28 noyabr 2021

Vətən müharibəsinin 23 yaşlı qəhrəmanlarından biri idi, Vüsal Məmmədov. Artıq 1 ildir ki, Vüsal adının qarşısında Şəhid sözünü deyir hər kəs.

APA TV xəbər verir ki, 2 yaşı olanda atası dünyasını dəyişib. 2014-cü ildə Orta məktəbi bitirdikdən sonra, ən böyük arzusunu reallaşdırmaq, pilot peşəsinə yiyələnmək üçün Milli Aviasiya Akademiyasına qəbul olub. Amma, Vüsalın vətən sevgisi onu təhsilini yarım qoymağa məcbur edib. O, 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayanda Vüsal da döyüşlərə könüllü qoşulub. Anası Mahirə xanım deyir ki, sonuncu dəfə oktyabrın 6-sı danışıblar.

 

Vüsal Suqovuşan və Ağdərə uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Yaralanmasına baxmayaraq müalicə almaqdan imtina edib və yenidən döyüşlərə qatılıb. O, oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Bacısı Gülnar xanımın sözlərinə görə Vüsal şəhid olandan sonra onun qəhrəmanlıqları dastana çevrilib.

 

Şəhid Vüsal Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

 Allah rəhmət eləsin!

 

Fatma Abdulla

Kamran Namazov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR