Səhiyyə naziri uşaqlar arasında yayılan virusdan danışdı
Səhiyyə naziri Teymur Musayev uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib.
APA TV xəbər verir ki, nazir hazırda Azərbaycanda bununla bağlı hər hansı bir narahatlığın olmadığını qeyd edib.
Teymur Musayevin sözlərinə görə, 12 ölkədə həmin virus uşaqlar arasında yayılıb:
“Bununla bağlı ölkəmizdə narahatlığa da səbəb yoxdur. Yoluxma qeydə alınan ölkələrin sayı o qədər də yüksək deyil. Mənşəyi də tam bəlli deyil. Bu günə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı qeydə alınmayıb. Ölkəmizdə hepatit xəstəliklərinin sıçrayışı müşahidə olunmur”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu