Şəkidə dağətəyi hissədə yanğın başlayıb
Şəki şəhərinin yuxarı dağətəyi hissəsində yanğın başlayıb. APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saat 13 radələrində Şəki şəhərinin yuxarı hissəsində, Bəxtiyar Vahabzadə küçəsinin yaxınlığında dağətəyi ərazidə yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. İlkin məlumata görə, yanğın 3 hektar ərazini əhatə edir. Ərazidə kol-kos, xəzəl və xırda ağaclar yanır. Hazırda yanğının söndürülməsi istiqamətində iş gedir. Daha bir yanğın hadisəsi saat 15 radələrində rayonun Oxut kəndində sakinlərə məxsus əkin sahələrində qeydə alınıb. Burada yanğının 1 hektar ərazini əhatə etdiyi bildirilir. Yanğının söndürülməsi üçün yanğınsöndürən maşın və şəxsi heyət cəlb edilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu