Şəkidə koronavirus xəstəsi barədə araşdırmalara başlandı
Şəkidə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi barədə araşdırmalara başlanılıb.
APA TV-nin məlumatına görə, rayon sakini Davud Hüseynovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib.
Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən tədbirlərlə Davud Hüseynovun “Niva” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olduğu məlum olub. Onun olduğu ünvan müəyyən edilib və evinə geri qaytarılıb.
Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan Davud Hüseynov barəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri