Şəkidə xan qəbri tapıldı
Şəkidə Xan məscidində yeni qəbir tapılıb.
APA TV-nin məlumatına görə, Heydər Əliyev Fondu tərəfindən əsalı təmir olunmasına başlanan Xan məscidinin daxilində aparılan qazıntı işləri zamanı məscidin mehrabının içində yeni qəbir aşkarlanıb.
Yeni tapılan qəbrin Məhəmmədhüseyn xana aid olduğu güman edilir. Qəbir tam açıldıqdan sonra kimə məxsus olduğu dəqiq bilinəcək. Əslən Şəkidən olan ədəbiyyatşünas alim Salman Mümtazın yazdığına görə, Məhəmmədhüseyn xan məscidin mehrabı içində dəfn edilib.
Qeyd edək ki, XIX əsrdə Birinci Cümə məscidi kimi tanınan və hazırda Şəki Xan məscidi adlandırılan məscid Şəki xanlarından olan Məhəmmədhüseyn xan tərəfindən 1768-1770-ci illərdə inşa edilib. 1850-ci illərdə Şəkidə baş verən güclü yanğınlar səbəbindən Şəki bazarı, Cümə məscidi və məscid ətrafındakı evlər yanğına məruz qalıb. Yanğından sonra Mustafa ağanın atası Kərim ağa Şəkixanov məscidi bərpa edib.
Vüqar Heydərov
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)