Şəkidən Bakıya satmağa apardıqları rayon sakininin saxlanılmasına səbəb oldu
Şəkidən Bakıya narkotik vasitəni satmağa aparmaq istəyən Şəki rayon sakini saxlanılıb.
APA TV-nin məlumatına görə, Şəki Şəhər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon sakini Rüstəm Xəlilov Şəki şəhəri bazar yaxınlığında şübhəli şəxs qismində saxlanılıb. Onun üzərində daşıdığı çantaya baxış keçirilən zaman 2 kiloqram 65 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Rüstəm Xəlilov ifadəsində narkotik vasitəni becərdiyi çətənə kollarından əldə etdiyini və satış məqsədilə üzərində daşıdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu