Selçuk Bayraktar Bakıda ilk dəfə döyüş təyyarəsi sürdü
Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Bakıda həyatında ilk dəfə olaraq döyüş təyyarəsi idarə edib.
APA TV xəbər verir ki, bu barədə məlumatı Selçuk Bayraktar öz rəsmi teleqram kanalında paylaşıb.
O, Bakı səmasında “MiQ-29” qırıcı təyyarəsini idarə edib.
“İlk dəfə bir döyüş təyyarəsi ilə uçmaq can Azərbaycan səmalarında nəsib oldu”, - deyə Bayraktar yazıb.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib