Səlim Müslümov ev dustaqlığına buraxılıb

# 11:40
26 may 2022

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib.

 

APA TV xəbər verir ki, bu barədə Səbail rayon Məhkəməsində qərar çıxarılıb.

 

Məhkəmənin qərarına əsasən, Səlim Müslümovun səhhəti ilə bağlı onun barəsində qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığına buraxılıb.

 

Qeyd edək ki, Səlim Müslümov barəsində olan korrupsiya əməllərinə görə ötən ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

 

Xatırladaq ki, sabiq nazir bir neçə gün öncə səhhətindəki problemlərə görə Penitensiar Xidmətin Müalicə müəssisəsinə yerləşdirilmişdi.

 

Səlim Müslümovun ev dustaqlığına buraxılması barədə xəbəri ilk olaraq unikal.org saytı yayıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR