Şəmkirdə 44 günlük Vətən müharibəsinin iştirakçısı özünü yandırıb

# 07:08
5 iyul 2022

Şəmkirdə 44 günlük Vətən müharibəsinin  iştirakçısı özünü yandırıb.Rayonun Yeni Həyat kənd sakini 26 yaşlı  İlham Həsənov Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında özünə qəsd etmək üçün üzərinə benzin tökərək özünə od vurub.Onun intihara cəhdinin qarşısının alınıb, alov söndürülüb. Yanıq xəsarətləri alan İlham Həsənov yaxınlıqda olan şəxslərin köməyi ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatırılıb və ilkin tibbi yardım göstərilib.

Araşdırmamız zaman məlum oldu ki İlham Həsənov ona əlillik  dərəcəsinin təyin olunaması və müalicəsinin davam etdirilməməməsindən intihara cəhd edib.Onunla söhbət edən zamanı  məlum oldu ki qazi danışmaqda çətinlik çəkir.Bu səbəbdəndə o müalicə olunaraq sağlamlığının geri qaytarılmasını istəyir

Qeyd edək ki İlham Həsənov 2016-cı ildə aprel döyüşlərində də  işitrk edib. 2020 ci illin sentiyabr ayında başlayan  Vətən müharibəsinə yollanıb.Qazi İlham Həsənov Füzuli, Daşaltı, Şuşa şəhərlərinin işğaldan azad edilməsi istiqamətində gedən döyüşlərə qatılıb. Torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə onun  yaxinlığında düşəmənin atdığı tank mərmisinin partlaması nəticəsində  ağır xəsarət alıb.Atası Yılmaz Həsənovda övladının müalicə olunmasını istəyir.Onun sözlərinə görə övladı müaicəsinin davam etdirilməməsi  və əlillik dərəcəsinin təyin edilməsi üçün özünə qəsd edib.Valideyinləri tərəfindən   İlham Həsənovun sağalması üçün   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət olunub.Amma bununla bağlı 2 ildi  düzgün rəy verilmir.

Qazinin intihara cəhd  etməsinin səbəbini öyrənmək üçün Şəmkir rayonun icra hakimiyyətinə üz tutuduk. İcra Hakmiyyətindən APA TV –yə şifahi olaraq bildirildi  ki,  İlham Həsənov psixi pozuntulardan əziyyət çəkir. O, buna qədər  Qazax, Şəmkir, Gəncə və Bakı şəhərlərində yerləşən xəstəxanalarda müalicə alıb.  Hazırda isə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicəsini davam etdirir. Qeyd olunub ki, vətəndaşın  aldığı müalicələrin heç bir nəticəsinin olmaması və əlillik dərəcəsinin təyin olunması ilə bağlıdır. “İlham Həsənovun  müraciətləri ilə əlaqədar aidiyyəti təşkilatlar tərəfindən lazımi dəstək göstərilsə də, qazimizin  müalicəsinin davamı üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gedən valideynlərindən ayrılaraq Şəmkir İcra Hakimiyyətinin qarşısına gəlib və özünü yandırmağa cəhd edib”-deyə bildirilib

 

Fuad Nazimoğlu Mehdi Məmmədov APA TV Şəmkir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR