Şəmkirdə azyaşlını avtomobil vuraraq öldürüb
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
APA Tv-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.
2011-ci il təvəllüdlü Nağıyev Elmar Zaur oğlu yolu keçmək istəyən zaman "Mercedes VİTO " markalı mikroavtobus onu vurub. Xəsarət alan azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi