Şəmkirdə dayısı oğlunu güllələyən şəxs tutuldu

# 13:53
12 may 2021

Mayın 9-da Şəmkir rayon Polis Şöbəsinə rayonun Çinarlı qəsəbəsində yol-nəqliyyat hadisəsi və silahlı insident olması barədə məlumat daxil olub.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, dərhal polis əməkdaşları həmin əraziyə gələrək müvafiq araşdırmalar həyata keçirib.

 

Araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayonunun Seyfəli kənd sakini, 44 yaşlı Ramin Mehdixanov qısqanclıq zəminində əvvəllər də mübahisə etdiyi dayısı oğlu Musa Rüstəmovun “VAZ-2107” markalı avtomobil ilə hərəkətdə olduğunu görüb, özünə məxsus “VAZ-2106” markalı avtomobili ilə onun qarşısını kəsmək istəyib və nəticədə avtomobillər bir-birinə çırpılaraq yol-nəqliyyat hadisəsi baş verib.

 

Daha sonra Ramin Mehdixanov özünə məxsus, müvafiq sənədləri olmayan ov tüfəngi ilə Musa Rüstəmov qaçan zaman arxadan atəş açaraq onun ayaq nahiyəsinə, vətəndaş Bakir Hüseynovun isə əlinə xəsarət yetirib.

 

Polis şöbəsində toplanan material baxılması üçün Şəmkir rayon Prokurorluğuna göndərilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Fuad Nazimoğlu

Mehdi  Məmmədov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR