Şəmkirdə iki Şəhidin xatirəsinə bulaq inşa olundu
Şəhid adlarının əbədiləşdirilməsi istiqamətində bir çox adımlar atılır.
Şəmkirdə də 44 günlük vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Ayxan Fikrət oğlu Qədimovun doğum günü münasibəti ilə həmçinin, 2016-cı il Aprel döyüşlərində şəhid olan Təbriz Hamlet oğlu Əsgərovun xatirəsinə ehsan bulağı inşa edilib. Rayonun Morul kəndində şəhidlərin xatirəsinə ucalan bulaq kompleksinin açılış mərasimi keçirilib.
APA TV xəbər verir ki, tədbir Karantin rejiminin qaydalarına uyğun olaraq baş tutub. Kompleksin açlışında rəsmi şəxslər, ağsaqqallar, gənclər, kənd sakinləri, şəhidin doğmaları, birinci Qarabağ və Vətən müharibəsinin iştirakçıları, məktəblilər və ictimaiyyətin nümayəndələri iştirak edib. Əvvəlcə şəhidlərin ruhuna duallar oxunub, sonra hər iki Şəhidin xatirə lövhəsinin önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib. Xatirə bulağının açılışında onların Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söz açılmış, ölkəmizin o cümlədən rayonun Vətən müharibəsi iştirakçılarının qəhrəmanlığından danışılıb. Rayon İcra Hakimiyyəti başçısının müavini çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qısa müddətdə Vətən müharibəsində qazandığı tarixi qələbədən söz açıb.
Şəhidlərin xatirəsinə düzəldilən bulaq kompleksi gənclərin təşəbbüsü və sakinlərin öz vəsaiti hesabına ərsəyə gəlib. Kompleksin ətrafında abadlıq işləri aparılıb. İnşa edilən bulağın yerləşədiyi küçəyə Aprel döyüşlərində şəhid olan Təbriz Hamlet oğlu Əsgərovun adı verilib.
Tədbirin sonunda şəhid Ayxan Qədimovun ad günü münasibəti ilə tort kəsilib. Sonra uşaqlar şeir söyləyiblər.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)