Şəmkirdə narkotik satanlar tutuldu
Şəmkirdə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Süleyman Kazımov saxlanılıb.
APA TV-nin xəbərinə görə, onun üzərindən metamfetamin aşkar edilib. Saxlanılan şəxsin evindən də narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Polis əməkdaşlarının keçirdikləri daha bir əməliyyat nəticəsində Anar Rəsulzadə də saxlanılıb. Üzərindən “patı” aşkarlanan Anar Rəsulzadənin evindən də narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq