Şəmkirdə silsilə oğurluq edən şəxslər saxlanılıb
Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Təzəkənd kəndindəki fərdi yaşayış evlərindən silsilə oğurluqlar etməklə zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vurmaqda şübhəli bilinən Zöhrab Kərimov və İlham Hüseynov saxlanılıb. Araşdırmalarla şübhəli şəxslərin vətəndaşlara məxsus evlərdən məişət və elektrik əşyaları oğurlayaraq satmaları məlum olub.
Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə Gədəbəy rayon sakini Azad Rüstəmovdan 1 ədəd qanunsuz olaraq saxladığı tapança və həmin tapançaya aid patronlar da aşkar edilrək götürülüb.
Faktlarla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu