Şəmkirdə yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyini müəyyən ediblər.
Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb. Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edəndə də daxil olmaqla 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Digər iştirakçılarla bir daha profilaktiki söhbətlər aparılıb, karantin rejiminə riayət etmələri barədə xəbərdarlıq edilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu