Şəmkirdə zəhərlənən uşaqlardan xəbər var
Şəmkirdə qidadan zəhərlənən uşaqların bir neçəsi dönər yeyib. Bu barədə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinin həkimi məlumat verib. Bu barədə həkimlərə zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılan uşaqların valideynləri bildirib. Qeyd edək ki, Şəmkirdə 9 nəfər qidadan zəhərlənib. Zəhərlənənlər 3-11 yaş arasında azyaşlılardır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu