Sərnişin daşıyan mikroavtobus qəzaya düşüb
Şəkidə sərnişin daşıyan "Vito" markalı mikroavtobus qəzaya düşüb. APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Vito" markalı sərnişin daşıyan mikroavtobus yolla hərəkət edən 3 baş camışı vurub. Qəzadan sonra Vito yoldan çıxaraq ağaca dəyib. Üç baş camış tələf olub. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu