Sərxoş vəziyyətdə binanın 4-cü mərtəbəsindən YIXILDI
Sərxoş vəziyyətdə binanın 4-cü mərtəbəsindən YIXILDI Zaqatalada 44 yaşlı kişi binanın 4-cü mərtəbəsindən yıxılıb. APA TV-nin məlumatına görə, hadisə “Qala Düzü” adlanan yaşayış massivində, 9 saylı çoxmənzilli yaşayış binasında baş verib. 1978-ci il təvəllüdlü Ramil İbrahimov 4-cü mərtəbədən yerə yıxılıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Ramil İbrahimov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun binadan hansı şəraitdə yıxılması məlum deyil. Hadisə baş verən zaman Ramil İbrahimovun sərxoş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu