Şimali Koreya gizli silahını işə saldı
Şimali Koreya "radioaktiv sunami" törədə biləcək insansız sualtı qayığını sınaqdan keçirib.
Bu barədə bu ölkənin rəsmi Koreya Mərkəzi İnformasiya Agentliyi xəbər verib.
Məlumata görə, indiyədək məxfi hesab edilən silah Cənubi Hamqyonq bölgəsi yaxınlığında sınaqdan keçirilib.
Koreya dilində sunami mənasını verən “Haeil” olaraq adlandırılan bu döyüş vasitəsinin radioaktiv dalğa yaratmaq imkanına malik olduğu bildirilir.
Təyinatı düşmən gəmilərini sıradan çıxarmaq və dəniz döyüş vasitələrinin yan aldığı limanlara hücum təşkil etməkdən ibarətdir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu