“Oser faciəsi” yaşamış yığmamızda problem nədir? – Liqada klub azlığı, yoxsa yaş limit?

# 12:02
13 sentyabr 2024

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında iki oyun keçirib və heç bir matçda qələbə bir yana bir xal da qazanmayıb. Yaxşı ki, Bakıda İsveçin 3 qoluna heç olmasa, bir topla cavab verə bilmişik. Komanda, daha doğrusu, Ramil Şeydayev penaltidən fərqlənmək fürsətini də qaçırıb. Futbola aid “vurmayana vurarlar” deyimi də ən çox bizim yığmanın başına gəlir. Tarixə nəzər salanda da bunu faktlarla təsdiqləmək olar. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 1992-ci ildə yaranıb. Baş məşqçi postuna 1955-ci ildə "San Siro" stadionunda İtaliyanın "Milan" komandasının qapısına bir oyunda 4 qol vuraraq rekorda imza atan Ələkbər Məmmədov gətirilmişdi. İlk oyunda Gürcüstana 6:3 hesabı ilə uduzmuşduq. Sonra milliyə Ağasəlim Mircavadov gətirildi və komandamız “Oser faciəsi”ni yaşadı, yəni Fransaya 10:0 hesabı ilə məğlub olduq. Millimizin Kazbek Tuayev, Əhməd Ələsgərov, Əsgər Abdullayev, Karlos Alberto Torres, Şahin Diniyev, Goko Hacıyevski, Nazim Süleymanov, Berti Foqst, Mahmud Qurbanov, Robert Prosineçki, Qurban Qurbanov, Nikola Yurçeviç,  kimi məşqçiləri olub. Ən tanınmış futbol mütəxəssisinin də acınacaqlı məğlubiyyətləri qeydə alınıb. Azərbaycan seçmə mərhələləri heç vaxt adlaya bilməyib. Əslində bütün mövqelərə aid yaxşı oyunçular da olub. Sadəcə, futbol komanda oyunudur, yəni Zaur Tağızadə təkbaşına 11 nəfər rəqiblə mübarizə apara bilməzdi. Sistemləşdirilmiş oyun, taktiki sxemlər isə baş məşqçilərin öhdəliyidir. Adlı-sanlı trenerlərin bəhanəsi istedadlı futbolçu çatışmazlığı olub. Bunun əsas səbəbi isə uşaq futbolunun inkişaf etdirilməməsi idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR