Sinif yoldaşını bıçaqlayan qız məktəbə gəlib - Valideynlər narazıdır

# 12:25
21 aprel 2022

Gəncədə iki gün öncə sinif yoldaşını bıçaqlayan qızın yenidən məktəbə gəlməsi valideynlərin narazılığına səbəb olub.

 

Hazırda valideynlər həmin təhsil ocağına gələrək şagirdin məktəbi tərk etməsini tələb ediblər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, məlum hadisə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 126.1- ci maddəsi ilə cinayət işi başlanıb və həmin məktəbli cinayəti törətməkdə şübhəli şəxs kimi tanınıb. Daha sonra şübhəli şəxs yetkinlik yaşına çatmadığına görə barəsində "Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə" qətimkan tədbiri seçilib və ailəsinə iltizam əsasında təhvil verilib. Hazırda müvafiq araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, hadisə aprelin 19-da Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə qeydə alınıb. 9-cu sinif şagirdi olan qız sinif yoldaşının boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirib.

 

Xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR