Bərdədə həmkəndlilər qəza törətdi
Bərdədə ağır qəza baş verib. Hadisə rayonun Mustafaağalı kəndində qeydə alınıb. Bərdə rayon Nazırlı kənd sakini 2001-ci il təvəllüdlü Göyüşov Orxan Göyüş oğlunun idarəsində olan "VAZ-21015" markalı minik avtomobili ilə rayonun Nazırlı kənd sakini 1993-cü il təvəllüdlü Səfərov Akşin Saleh oğlunun idarəsində olan "VAZ-2106" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Emin Babayev, Fəzail Səfərov, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi