Şirvan sakinindən 2 kq-dan artıq uyuşdurucu vasitə aşkarlandı
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində Salyan rayon Qaraçala kənd sakini Bayramqulu Məmmədov şübhəli şəxs qismində Şirvan şəhəri ərazisində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman əlində olan torbadan təmiz çəkisi 2 kiloqram 850 qram olan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Dindirilmə zamanı Bayramqulu Məmmədov cinayət əməlini etiraf edib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
APA Group yeni mövsümə böyük yeniliklərlə başlayır
320 yeni iş yeri imkanı: “Meysari Grand Hotel & SPA”ya MEDİATUR TƏŞKİL OLUNDU
Yeni lokomotivlər ADY-nin yükdaşıma imkanlarını 2 dəfəyə qədər artıracaq