Şirvan sakinləri İsmayıllı meşələrində plantasiya saldı
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Ruşən kəndi ərazisindəki meşə massivində külli miqdarda narkotik tərkibli bitkilərin becərilməsi barədə polis şöbəsinə məlumat daxil olub.
Keçirilən əməliyyat nəticəsində Şirvan şəhər sakinləri-Amid Cəbiyev və Anar Ərəbov elə iş başında yaxalanıblar. Əraziyə baxış keçirilən zaman 984 ədəd çətənə bitkisi və onlara qulluq etmək üçün yaratdıqları hovuzlar aşkarlanıb.
Saxlanılan dostlar ifadələrində Şirvan şəhərindən İsmayıllıya gələrək burada ötən ay narkotik tərkibli bitkiləri becərdiklərini və vaxtaşırı qulluq göstərdiklərini etiraf ediblər. Məqsədləri isə yetişdirib qurutduqdan sonra satmaq və yüksək qazanc əldə etmək olub. Ancaq onların bu “istək”ləri reallaşmayıb və hər ikisi törətdikləri əmələ görə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
Faktla bağlı cinayət işi başlanılıb.
Şahnəzər Bəşirov
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı