Şirvanda narkotik satan 5 nəfər yaxalandı
Şirvanda narkotik satan şəxslər saxlanılıb.
APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, Şirvan şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik satışı ilə məşğul olan 5 nəfər yaxalanıb: “Şirvan sakinləri, 1988-ci il təvəllüdlü Beydiyev Ramil Pənah oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Məhəmməd Ağakərim oğlu və 1988-ci il təvəllüdlü Ağayev Əliqulu Adıgözəl oğlu saxlanılan zaman onların üzərindən müxtəlif çəkilərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb”.
Əməliyyat tədbirlərinin davamı olaraq əvvəllər məhkum olunmuş Şirvan sakini, 1965-ci il təvəllüdlü Cabil Məmmədov da saxlanılıb. Onun üzərindən 5.012 qram tiryək, 42.782 qram heroin, 1.4 qram metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
İstintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, narkotiki əvvəllər məhkum olunmuş Şirvan sakini, 1992-ci il təvəllüdlü Ağami Mirmövsüm Cabil Məmmədova 270 manata satıb.
Saxlanılan Ağami Mirmövsümün üzərindən 2.882 qram heroin, yaşadığı evin həyətindən isə 9 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi