Şirvanda polis bıçaqlandı
Şirvanda sahə müvəkkilinin əlinə bıçaqla xəsarət yetirən şəxs barəsində məhkəmə 3 aylıq həbs qətimkan tədbiri seçib.
Şirvan şəhərində yerləşən məcburi köçkün qəsəbəsində Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Etibar Nəvəfocun iş otağına qəsəbə sakini 1988-ci il təvəllüdlü Xəqani Əliyev izahatın alınması üçün dəvət olunub. Polislə mübahisə edən Xəqani Əliyev Şirvan Şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı 1985-ci il təvəllüdlü Emin Budaqova əlindən bıçaqla xəsarət yetirib.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidovun APA TV-yə bildirdiyinə görə, qeyd edilən hadisə noyabr ayının 26-da baş verib: “Xuliqanlıq hərəkətləri edən Xəqani Əliyev hadisə zamanı polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə cinayət işi açılıb. Şirvan Şəhər Məhkəməsinin qərarı ilə Xəqani Əliyev barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib”
Cinayət işi üzrə araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib