Şirvanda XÜSUSİ ƏMƏLİYYAT: Keçmiş məhkum saxlanıldı
Əvvəllər narkotiklərə görə məhkum olunmuş Şirvan şəhər sakinindən külli miqdarda tiryək aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA TV-yə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan şəhər sakini, əvvəllər məhkum olunmuş Qasım Həsənalıyev yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərindən 735 qram tiryək aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı Qasım Həsənalıyev qanunsuz əməllə məşğul olduğunu etiraf edərək, narkotik maddəni bir müddət əvvəl yol kənarından tapdığını bildirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu