Şirvanlı bağban şəhərin hər yerində ağac əkir, insanlara pulsuz paylayır

# 15:26
10 avqust 2023

 

Xankəndi, Şuşa və son dayanacağı Şirvan şəhəri olan 66 yaşlı Vidadi Quliyev 31 ildir öz doğma diyarından gətirdiyi meşə ağaclarının toxumundan yetişdirdiyi ağaclarla Şirvan şəhərini bəzəyir. Xocalının Kosalar kəndində anadan olan qəhrəmanımız 79-cu ildə Xankəndidən Şuşaya, oradan isə Şirvana köç etmək məcburiyyətində qalıb. Şirvan şəhərində bir paltar alveri ilə məşğul olub, sonra taksi fəaliyyəti ilə məşğul olmağa başlayıb. Amma onu yalnız və yalnız ağac əkmək, gül yetişdirmək xoşbəxt edir. İndi həvəskar bağban “pavlovnya” adlanan hibrid ağacının becərilməsi ilə məşğuldur. “Pavlovnya” və ya zümrüd ağacı adlandırılan bu ağacı oksigen ağac da adlandırırlar. İl ərzində bir hektar ərazidə əkilən bu ağac 100 ton karbon qazı udur və ağacın kökləri çirklənmiş torpağı təmizləyir. Ağac həm şaxtaya və həm də istiyə davamlıdır. Müəyyən hündürlüyə çatmaq üçün ağaca digər bitkilərdən fərqli olaraq 2 dəfə az su və vaxt lazımdı. Bu ağacın yetişməsi üçün 10 il kifayət edir. 30 il ərzində 3 dəfə kəsib istifadə etmək mümkündür. Yəni hər 10 ildən bir ağac maksimal boy və diametr verir. Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR