Siyavuş Novruzov Makronu Rəhim Qazıyevə oxşatdı
Dünən keçirilən möhtəşəm tədbir Azərbaycanda sabitliyin göstəricisidir. Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputat bildirib ki, Fransada baş verənlərdən dərs götürüb Ermənistan bu gün sülh müqaviləsini imzalamalı, törətdiyi cinayətlərə görə Azərbaycandan üzr istəməlidir: “Düşünürəm ki, Fransa bu sülh müqaviləsi məsələsinə qoşulubsa, Azərbaycanla və Ermənistan arasında sülh olmayacaq. Biz şərt qoymalıyıq ki, Fransa bu məsələdən uzaq dursun. Makron yuyulmamış çömçə kimi özünü ortaya soxur. Vaxtilə Rəhim Qazıyev də belə idi. Makron istəyirsə, Ermənistanı aparıb özünə birləşdirsin. Danışıqlar harada gedir, Makron özünü soxur ora. Bu gün ədalətli sülh üçün danışıqlar gedir, bir çox ölkələr bizi dəstəkləyir. Sülh müqaviləsinin imzalanmamasından ən çox zərər çəkən ermənilərdir. Ondan-bundan yardım alaraq yaşamaq olmaz”.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib