Siyavuş Novruzovdan alternativ hərbi xidmət təklifi
“44 günlük Vətən müharibəsi də göstərdi ki, hərbi çağırışla ordu sıralarına cəlb olunanlarla müqavilə ilə işə cəlb olunanlar arasında fərq var”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin Regional məsələlər komitəsinin sədri deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bu, Aprel döyüşlərində də özünü göstərmişdi: “Ali Baş Komandanımız tərəfindən elə yeni texnikalar orduya cəlb edilib ki, onu işlətmək üçün adi çağırışçı yox, mütəxəssis lazımdır. Ona görə də müqavilə əsasında bu prosesə tam keçməyimizə ehtiyac var. Bu məsələlər gələcəkdə qanunlarda nəzərə alınmalıdır”.
Siyavuş Novruzov qeyd edib ki, bəzi insanların sağlamlığı imkan versə də, bəzilərinin baxışları onun silah götürməsinə icazə vermir: “Ərazi bütövlüyümüz təmin olunduğu üçün biz artıq alternativ xidmətlə bağlı düşünməliyik. Alternativ hərbi xidmətlə bunu qarışdırmaq olmaz. Bu, alternativ xidmətdir. Bütövlükdə Türkiyə modelini də nəzərə alsaq, gələcəkdə ordu sıralarımızın təkmilləşdirilməsi üçün biz bu addımları atmalıyıq”.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?