Bank Of Baku

Siyəzəndən Xaçmaza qanunsuz sərnişin daşıyan sürücü və 27 nəfər cərimələndi

# 13:35
11 avqust 2020

Siyəzəndən Xaçmaza sərnişin daşımağa cəhd edən sürücü və 27 sərnişin saxlanılıb.

 

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin yerli bürosuna verilən xəbərə görə, bu qanunsuz fəaliyyətlə məşğul olan Siyəzən rayon sakini Mübariz Məhərrəmov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla sərnişinləri Xaçmaz rayonuna aparmaq istəyən zaman rayonun girişində polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Yoxlanış zamanı Mübariz Məhərrəmovun icazəsi olmayan 27 sərnişini Xaçmaz rayonuna apardığı məlum olub. Sürücü və 27 sərnişin barəsində protokol tərtib edilərək, cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR