“Sizi Şuşaya aparacam deyib” şagirlərdən pul yığan şəxs yoxa çıxdı

# 17:03
30 may 2022

Şuşaya səfər etmək istəyən bir qrup müəllimin aldadılması barədə bəzi saytlarda və sosial şəbəkələrdə məlumat yayılıb.

 

İddiaya görə, özünü “Şimşək Turizm” şirkətinin rəhbəri kimi təqdim edən Canızadə Əlizamin Qorxmaz oğlu Bakıda fəaliyyət göstərən Şuşa 1 saylı tam orta məktəbin kollektivinə müraciət edərək, onlara Şuşaya tur təşkil etdiyini bildirib.

 

Səfərə getmək üçün 70 nəfər müraciət edib və hər biri bunun üçün 22 manat ödəyib.

 

Əlizamin Canızadə səfərin 30 may səhər saatlarında başlayacağını deyərək, kollektivə həmin gün çalışdıqları məktəbin qarşısına toplaşmağı tapşırıb. Lakin 29 may tarixindən Canızadəyə zəng çatmayıb.

 

Buna baxmayaraq, ümidlərini itirməyən 70 nəfər 30 may tarixində də məktəbin qarşısına toplaşıb. Lakin nə avtobus gəlib, nə də həmin şəxsə zəng çatıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev hadisədən xəbərdar olduqlarını bildirib.

Hazırda müraciət üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR