Son 1 ildə bu minalara görə 100-dən çox vətəndaşı həlak olub - Pakistanlı ekspert

# 17:31
29 aprel 2022

“Mən Azərbaycan Prezidentinin Qarabağ siyasətinə dair baxışından çox təsirləndim. Prezident İlham Əliyev Ermənistana sülh təklif edərək Azərbaycanın sülhsevər ölkə olduğunu vurğulayıb. Şuşada və digər regionlarda gedən yenidənqurma işləri çox sürətli şəkildə davam edir. Dünən biz Füzulidə yeni tikilmiş hava limanını da gördük. Beynəlxalq ictimaiyyət olaraq ermənilərin yerləşdirdiyi minalardan çox narahatıq. Biz BMT və Ermənistana minaların xəritələrini Azərbaycana verilməsi üçün çağırış edəcəyik. Son 1 ildə bu minalara görə Azərbaycanın 100-dən çox vətəndaşı həyatını itirib. Bu, beynəlxalq ictimaiyyətin hərəkətə keçməli olduğu çox böyük bir problemdir. Onlar Ermənistanı xəritələri verməyə məcbur etməlidirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR