SON DƏQİQƏ: Sabirabadda ticarət obyektləri yandı – APA TV
Sabirabadda yol kənarında fəaliyyət göstərən ticarət obyektləri yanıb. Hadisə Sabirabad-Saatlı yolunun Qalağayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Adı çəkilən ərazidə yerləşən 8 obyekt və 900 kv metr ərazi yanıb. Sahibkarlara külli miqdarda ziyan dəyib.
Yanğın nəticəsində gübrə anbarı, mebel sexləri, plastik qapı-pencərə sexi, dəmir qapı istehsal edən sex, müxtəlif növ avadanlıq və dəzgahlar yanaraq sıradan çıxıb. Yanğına elektrik xəttində qısa qapanma səbəb olub. Olay yerinə FHN-in Sabirabad və Saatlı yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb ounub.
Yanğın söndürülüb və digər obyektlərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib