“Son zəng” bu tarixdə keçiriləcək
Ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 14-də keçiriləcək.
Təhsil Nazirliyindən APA TV-yə verilən xəbərə görə, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.
“Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər.
“Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.
Qeyd edək ki, bu il respublika üzrə XI sinifləri 84 min 076 nəfər şagirdin bitirməsi proqnozlaşdırılır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı