Sosial şəbəkədə tanış olduğu qadınların evini soydu
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə bir nəfər xanım müraciət edərək “Azar” sosial şəbəkəsində tanış olduğu şəxsin onun evindən 100 dollar və ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarını oğurladığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata xəbərə görə, bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elman Eminov saxlanılıb. O, izahatında etdiyi oğurluğu etiraf edib. Araşdırma zamanı Elman Eminovun digər bu kimi cinayətlər törətməkdə şübəli bilindiyi üçün axtarışda olduğu müəyyən edilib. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı Bakıxanov qəsəbəsində yerləşən parfümeriya mağazasında satıcının mobil telefonunu oğurlayan Xəqani İsmayılov da tutulub. Həmin şəxs izahatında mobil telefonu satdığını bildirib. Faktlarla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)