Soydaşımız Xarkovdakı son vəziyyətdən DANIŞIR
İndi Rusiya ordusu Xarkov şəhərinə artilleriya zərbələri endirməyə başladı. Biz Azərbaycanın Xarkovdakı konsulluğunun zirzəmisinə, sığınacağa endik”.
Bunu APA-ya açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli bildirib.
Samir Adgözəlli deyib ki, Rusiya Ordusu Xarkov şəhərinin mərkəzi hissəsində yerləşən Ukrayna Qvardiyasının hərbi hissəsinə artilleriya zərbələri endirir: “Biz konsulluqda Xarkovdakı tələbələrin evakuasiyası ilə bağlı məsləhətləşmə aparırdıq. Ancaq şəhərə artilleriya zərbələri endirilməyə başladığı üçün sığınacağa düşdük. Hələ ki, sığınacaqda artilleriya zərbələrinin dayanmasını gözləyirik”.
DİGƏR XƏBƏRLƏR
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib
Fərid Şəfiyev Orta Dəhlizlə bağlı vacib məqamları açıqladı
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak etdi