Şoyqunun müavini vəzifəsindən azad edilib
Rusiya Federasiyası müdafiə nazirinin müavini Ordu generalı Dmitri Bulqakov vəzifəsindən azad edilib. APA TV-nın Moskva müxbirinin yerli mediaya istinadən verdiyi məlumata görə, nazir müavini başqa vəzifəyə keçirilib. 2008-ci il dekabrın 2-dən Rusiya Federasiyası Müdafiə nazirinin müavini olan Bulqakov silahlı qüvvələr üçün arxa xidmətin təminatına cavabdeh olub. Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Mixail Mizintsev müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini təyin edilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu