Sumqayıt polisi koronavirusla bağlı reyd keçirib

# 03:18
24 avqust 2021

Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları ictimai nəqliyyatda kütləvi yoxlama-nəzarət tədbirləri keçirib.

APA TV xəbər verir ki, xidməti formada və mülki geyimdə keçirilən tədbirlərdə tibbi maskadan istifadə etməyən, müəyən olunan norma və qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunub, hərəkət iştirakçıları və sürücülər ilə profilaktik söhbətlər aparılıb. Polis əməkdaşları tərəfindən virus riskinin yüksək olduğu, ictimai nəqliyyatda, taksilərdə, eləcə də digər qapalı məkanlarda sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR