Sumqayıtda atanın qızını öldürməsinin səbəbi məlum olub

# 14:17
31 oktyabr 2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qızını qətlə yetirməkdə təqsirləndirilən Salam Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA TV-nin məlumatına görə, məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, hadisə bu ilin fevralın 15-də baş verib. Belə ki, Salam Cəfərov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qızı 1984-cü il təvəllüdlü Zəminə Mehtiyevanı elektrik naqillə boğaraq öldürüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci yəni qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılıb. Salam Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs qızını namus üstündə öldürdüyünü bildirib. Onun sözlərinə görə, Zəminə Mehtiyeva öz həyat yoldaşı ilə birlikdə yaşamasa da, boşanmayıb. Ata qızının kirvəsinin oğlu ilə sevgi münasibətləri olduğunu, bir neçə dəfə qadını gecə vaxtı həmin şəxsin avtomobilinə minib-düşdükdə gördüyünü qeyd edib. Buna görə də, Salam Cəfərov qızını boğaraq öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR