Sumqayıtda yaşayış binalarında yanğın olub
Sumqayıtda yaşayış binalarında yanğın olub.
APA TV-nin məlumatına görə, yanğınlardan biri şəhərin 34-cü məhəlləsində 8/25 saylı binasında qeydə alınıb.
Blokların birində pilləkən qəfəsində quraşdırılmış 3 ədəd su sayğacı yanıb. Yanğın nəticəsində ətrafda olan qaz sayğaclarına da ziyan dəyib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğının qarşısı alınıb.
Mənzillər yanğından mühafizə olunub.
Digər yanğın isə şəhərin Hacı Zeynalabdin qəsəbəsində 2 mərtəbəli yaşayış binasında olub. Bina sakinlərindən birinin saxlanc yeri kimi istifadə etdiyi zirzəmi yanıb. Yanğın nəticəsində zirzəmidə olan əşyalar yanaraq yararsız hala düşüb. Yanğının qısaqapanma nəticəsində baş verdiyi ehtimal olunur. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və digər ərazilərə keçməsinin qarşısı alınıb.
Xəsarət alan olmayıb, hər iki hadisə ilə bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu