Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib
Sumqayıt şəhərinin Koroğlu prospektində zəncirvari qəza qeydə alınıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, “Hyundai Elantra” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini qarşıda hərəkətdə olan 9 nömrəli marşrut avtobusa çırpıb.
Avtobus zərbənin gücündən “Daewoo Espero” markalı avtomobilə dəyib.
Qəza nəticəsində “Hyundai Elantra” markalı avtomobilin sürücüsü xəsarət alıb.
Əraziyə yol polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU